Prezident
İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron
yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin
təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na görə
Azərbaycanda 245 min su sayğacı dəyişdiriləcək.
Belə ki, 2026−2030-cu illərdə 45 min
yeni sayğacın quraşdırılması, 80 min smart və 165 min mexaniki tipli istismar
müddəti başa çatmış sayğacın dəyişdirilməsi planlaşdırılır.
Bəs hazırda quraşdırılan ümumi sayğac
sayı nə qədərdir? Su sayğaclarının nə qədəri mexaniki, nə qədəri smartdır?
Dövlət Proqramında nəzərdə tutulan illər ərzində hamısının smart və ya mexaniki
olması nəzərdə tutulurmu?
Xəbərin.az xəbər
verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bizim.Media-ya
qurumun xidmət göstərdiyi 6 iri şəhər üzrə 1 273 143 sayğacın quraşdırıldığı
bildirilib.
Bunlardan 1 060 072-nin mexaniki, 213
071-nin isə smart sayğac olduğu qeyd edilib.
“1 060 072 mexaniki sayğacdan 1 049 483-ü əhali, 10 589-u isə qeyri-əhali üçün quraşdırılıb. 213 071 smart sayğacdan 153 375-i əhali, 59 696-sı isə qeyri-əhali üçün quraşdırılıb”, - məlumatda vurğulanıb.