Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

ABŞ-ın 12 ədəd F-22 qırıcısı İsrailə yerləşdirildi

25 Fevral 2026, 01:06 Dünya 7 baxış
ABŞ-ın 12 ədəd F-22 qırıcısı İsrailə yerləşdirildi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 12 ədəd F-22 tipli döyüş təyyarəsi İsrailin cənubundakı hərbi hava bazalarından birinə eniş edib.

Xəbərin.az məlumat verir ki, dünyanın ən müasir qırıcıları sırasında yer alan F-22-lər ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunun bir hissəsi kimi bölgəyə gətirilib. İddialara görə, bu təyyarələr mümkün əməliyyat zamanı düşmən ərazisinə daxil olaraq hava hücumundan müdafiə sistemlərini və radarları sıradan çıxarmaq missiyasını yerinə yetirə bilər.

Bildirilir ki, qərar İsrailin raket hücumlarına qarşı hazırlığını gücləndirmək məqsədi daşıyır. Daha əvvəl Virciniya ştatındakı Joint Base Langley-Eustis bazasından havalanan 12 F-22 qırıcısının qruplar halında Atlantik okeanını keçərək Böyük Britaniyadakı RAF Lakenheath bazasına çatdığı açıqlanmışdı.

Rəsmi Tel-Əviv isə İranın nüvə və ballistik raket proqramlarının dayandırılmasının, həmçinin Tehranın bölgədəki müttəfiq qüvvələrinə dəstəyinin kəsilməsinin vacibliyini müdafiə edir.