UEFA Çempionlar Liqasının gecənin ilk pley-off qarşılaşmasında Atletiko Madrid öz meydanında Brügge'ni 4:1 hesabı ilə məğlub edib.
Xəbərin.az xəbər verir ki, iki oyunun cəminə görə isə Madrid təmsilçisi 7:4 üstünlüklə mərhələ adlayıb.
Oyunda hesabı 23-cü dəqiqədə Aleksander Syorlot açıb. 36-cı dəqiqədə isə Brüggenin heyətində Xoel Ordonyes fərqlənərək tarazlığı bərpa edib. İkinci hissədə üstünlüyü yenidən ələ alan “Atletiko Madrid” 48-ci dəqiqədə Conni Kardosonun qolu ilə önə keçib. Matçın sonlarında Aleksander Syorlot 76 və 87-ci dəqiqələrdə daha iki dəfə fərqlənərək het-trikini tamamlayıb.
Beləliklə, “Atletiko Madrid” inamlı oyunla növbəti mərhələyə yüksəlib.