Milli
Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından 80 min
manat oğurlamaqda təqsirləndirilən Ayaz İsgəndərovun cinayət işi üzrə məhkəmə
prosesi keçirilib.
Xəbərin.az xəbər
verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ayaz İsgəndərov qəti olaraq 8 il
6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə
müəssisəsində çəkəcək.
Hökmdə o da qeyd olunub ki, Ayaz
İskəndərov narkotik istifadəçisi olsa da,
onun Narkoloji Mərkəzdə qeydiyyatı yoxdur. Ambulator məcburi-narkoloji tibbi
yoxlamanın nəticəsi olaraq məhkəməyə təqdim edilən rəydən məlum olub ki, o,
aslılıq sindromundan (narkomaniya xəstəliyi) əziyyət çəkir və məcburi müalicəyə
ehtiyac var. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi
müalicə təyin edilib.
Qeyd edək ki, hadisə
ötən ilin yanvarında baş verib. Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil
Alıyevə məxsus bank kartından oğurluq edilməsi faktı ilə bağlı Daxili İşlər
Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırmalarla cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü
İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb. Cəlil Alıyevə məxsus bank kartından
oğurluq faktına görə başlanmış cinayət işi çərçivəsində şübhəli şəxslər müəyyən
ediləndən sonra 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi
təmin edilib.
İttihama görə, Ayaz İsgəndərov “Telegram” sosial şəbəkəsində tanış olduğu, şəxsiyyəti istintaqla müəyyən edilməyən “Petroviç” adlı hesab istifadəçisi və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. O, özünü bank əməkdaşı kimi göstərərək Cəlil Alıyevdən kart məlumatlarını əldə edib. Hadisə vaxtı kartda 103 min manat pul olub. Həmin pulun 40 min manatı dövlət tərəfindən, 38 min manatı isə sığortadan verilib. Qalan məbləğ isə Hökumə Əliyevanın özünün sığorta olunduğu 57 min manat pul olub. Cəlil Alıyevə ümumilikdə 80 min 500 manat ziyan dəyib.