Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq

24 Fevral 2026, 15:14 Təhsil 12 baxış
Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq

Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə tam təqaüdlə qəbul alan ilk azərbaycanlı şagird olub.

Xəbərin.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, N.Hüseynli güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilib. Universitet tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir.

Onun təqaüdü 82 000 ABŞ dolları məbləğindədir.