Pirəkəşkül
kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanın nüfuzlu ali təhsil
müəssisələrindən biri olan NYU Şanxay Universitetinə tam təqaüdlə qəbul alan
ilk azərbaycanlı şagird olub.
Xəbərin.az xəbər
verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, N.Hüseynli güclü
intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə
seçilib. Universitet tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın
müxtəlif ölkələrindən seçilir.
Onun təqaüdü 82 000 ABŞ dolları məbləğindədir.