"Atletiko"nun hücumçusu Antuan Qrizmann yaxın günlərdə
ABŞ-nin "Orlando Siti" klubuna transfer oluna bilər.
Xəbərin.az xəbər
verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib
ki, tərəflər arasında danışıqlar tam sürətlə davam edir və son günlərdə
əhəmiyyətli irəliləyiş əldə edilib. "Orlando Siti"nin idman direktoru
Rikardo Moreyranın Madridə səfərindən sonra yaxın həftələrdə Qrizmannın kluba
qoşulmasını istədiyi bildirilir.
Qeyd edək ki, 34 yaşlı forvard 210 qolla "Atletiko" tarixinin bombardiridir. Bu mövsüm o, bütün yarışlarda 35 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Antuanın Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.