Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq
tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.
Xəbərin.az xəbər
verir ki, Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş
sakinlərdən artıq 8466 şəxsin məşğulluğu təmin edilib.
Sakinlərin məşğulluğunun təminatı üçün Agentlik tərəfindən işlə təminat, özünüməşğulluq proqramına cəlb olunma, peşə hazırlığı, əmək yarmarkalarının təşkili və s. aktiv məşğulluq tədbirləri həyata keçirilir.