Super Liqanın 23-cü həftəsində "Fənərbaxça" "Kasımpaşa"nı qəbul edib.
Xəbərin.az xəbər verir ki, İlk hissə qolsuz başa çatıb, hər iki komanda 0:0 hesabı ilə soyunub-geyinmə otağına daxil olub. İkinci hissədə meydana əvəzdən çıxan Kasımpaşalı Emre Taşdemir zədə səbəbindən davam edə bilməyib və 68-ci dəqiqədə Cafu ilə əvəzlənib. 90+3-cü dəqiqədə Kasımpaşanın futbolçusu Ben Ouanes ikinci sarı vərəqə alaraq meydandan qovulub. Marko Asensio 90+5-ci dəqiqədə "Fənərbaxça"nın qolunu vuraraq komandasını önə keçirib. Kasımpaşada 90+11-ci dəqiqədə Allevinah hesabı bərabərləşdirib. Daha qol vurulmayıb və "Fənərbaxça" öz meydanında Kasımpaşa ilə 1-1 bərabərə qalıb.
Bu nəticə
ilə Tedeskonun komandası xallarının sayını 53-ə, Emre Belözoğlunun komandası isə
20-yə çatıb. "Sarı-göylər" Avropa Liqasının 1/8 final mərhələsinin
cavab oyunu üçün fevralın 26-da, cümə axşamı günü "Nottingem
Forest"in qonağı olacaq. Superliqanın növbəti həftəsində “Fənərbaxça”
“Antalyaspor”, “Kasımpaşa” isə “Çaykur Rizəspor”u qəbul edəcək.