London derbisində “Tottenhem Hotspur” ilə “Arsenal” arasında keçirilən qarşılaşma bol qollu və gərgin mübarizə şəraitində keçib. Görüş “topçular”ın 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Xəbərin.az xəbər verir ki, oyunda hesabı 32-ci dəqiqədə Ebereçi Eze açıb. 34-cü dəqiqədə Randal Kolo Muani fərqlənərək hesabı bərabərləşdirib. Lakin ikinci hissədə təşəbbüsü tam ələ alan “Arsenal” 47-ci dəqiqədə Viktor Gyökeresin qolu ilə yenidən önə keçib. 61-ci dəqiqədə Ebereçi Eze özünün ikinci qolunu vuraraq fərqi artırıb. Matçın son nöqtəsini isə əlavə olunmuş vaxtın 4-cü dəqiqəsində Viktor Gyökeres qoyub.
Beləliklə, “Arsenal” prinsipial qarşılaşmadan böyükhesablı qələbə ilə ayrılıb.