Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Malayziyada 7,1 bal gücündə zəlzələ olub

22 Fevral 2026, 22:30 Dünya 9 baxış
Malayziyada 7,1 bal gücündə zəlzələ olub

Malayziya sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb. 

Xəbərin.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. 

Məlumata görə, zəlzələ 620 km dərinlikdə baş verib. Zəlzələnin episentri Kota Kinabalu şəhərindən təxminən 100 km, Kudat şəhərindən isə 60 km məsafədə yerləşir.

Sunami təhlükəsi, o cümlədən insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib.