Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Dayanmaq bilmir: Yaşın sadəcə rəqəm olduğunu sübut edən Edin Džeko

22 Fevral 2026, 19:13 İdman 13 baxış
Dayanmaq bilmir: Yaşın sadəcə rəqəm olduğunu sübut edən Edin Džeko

39 yaşlı bosniyalı hücumçu Edin Džeko performansı ilə futbolsevərlərə yaşın sadəcə rəqəm olduğunu bir daha göstərir. Təcrübəli forvard bu dəfə 2. Bundesliganın 23-cü turunda fərqlənib.

Xəbərin.az xəbər verir ki, Şalke 04 doğma meydanda Maqdeburqu 5:3 hesabı ilə məğlub edib. “Arena AufSchalke”də keçirilən görüşdə Džeko 39-cu dəqiqədə qol vurub, 65-ci dəqiqədə isə Deyan Lyubiçiçin qoluna assist edib.

Qış fasiləsində komandaya qoşulan Džeko yeni klubunda keçirdiyi 5 matçda 4 qol və 3 assistlə ümumilikdə 7 qol töhfəsi verib.

Qeyd edək ki, bu qələbə ilə xallarını 46-ya çatdıran Şalke turnir cədvəlinin zirvəsinə yüksəlib.