Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Birinci kurs tələbəsi faciəvi şəkildə öldü

22 Fevral 2026, 03:42 Hadisə 17 baxış
Birinci kurs tələbəsi faciəvi şəkildə öldü

Bakıda tələbə faciəli şəkildə həlak olub.

Xəbərin.az Mətbuat.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Zığ şosesində baş verib.

2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev motosikletin idarəetməsini itirərək yolun kənarında səkiyə çırpılıb. Hadisə nəticəsində M.Ovçuyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, M.Ovçuyev Azərbaycan Dövlət İdman Akademiyasının birinci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.