Dil
hər bir xalqın, millətin milli kimliyidir. Xalqın və dövlətin keçmişi, bu günü,
gələcəyi, dərin xəzinəsidir. Dil bir növ milli mənsubiyyətin sübutudur. Bir
xalqı dilsiz təsəvvür etmək mümkünsüzdür. Çünki birliyin əsas ünsürü dildi.
Azərbaycan dili də elə dillərdəndir ki, bu dilin yaşaması uğrunda yüzlərlə
yazıçı, şair, jurnalist, siyasi xadimlər mübarizə aparmış, həll yolu
axtarmışdılar. Buna sübut olaraq ilk milli mətbuatımız olan "Əkinçi"
qəzetini göstərə bilərik. Həsən bəy Zərdabinin böyük çətinliklərlə ərsəyə
gətirdiyi bu qəzet ana dilimizin gələcək taleyi üçün , milli mətbuatımız üçün
işıqlı bir yol oldu.
Mətbuatımızda
dərin izlər qoyan "Molla Nəsrəddin", "Füyuzat" jurnalı da
bu yolun davamçıları hesab olunurlar. Onlar yalnız ana dilimizin önəmini vurğulamır,
həmdə xalqı təhsilə, birliyə, maarifçiliyə çağırırdı. Mətbuatda Cəlil
Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlər
mübarizədə olmuş və bu mübarizələri nəticəsiz qalmamışdır.
Milli
mətbuatımızda olduğu kimi ədəbiyyatımızında dərin tarixi var. Belə ki, ana
dilinin mövcudluğu qədim köklərə malik olan "Kitabi-Dədə Qorqud"
dastanında özünü göstərmişdir.
Nizami Gəncəvi, İmadəddin Nəsimi, İzəddin Həsənoğlu, Cahanşah Həqiqi kimi
şəxsiyyətlər qədim dövr ana dilini öz əsərlərində əks etdirmişdilər. Bu gün
onların əldə qalan əsərləri dilimizlə bağlı ilk nümunələrdən hesab olunur.
Tarix boyu yeniliklərə gənclər və uşaqların maraq göstərməsini istəyən şair və
yazıçılarımız onları əsərlərində yeniliyə, elmə, təhsilə, ən əsası dilimizin
varlığını mənimsəyib, qorumağa çağırırdılar. Nəriman Nərimanov, Cəlil
Məmmədquluzadə, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir belə
şəxsiyyətlərdəndir. Hətta onlar ana dilimizdən məharətlə istifadə edərək
satirik-yumoristik üslubda yazaraq tənqid etdikləri problemləri gülüş hədəfinə
çevirirdilər.
Bu
gündə həmin yazıçı və şairlərin əsərləri uşaqlar və gənclər tərəfindən maraqla
oxunur.
Azərbaycan
dilinin dövlət dili olmasıyla bağlı bir çox addımlar atılmışdır. Ən əsas
addımlardan biri Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur.
Ümumilli
Heydər Əliyev dilimizin qorunması, inkişafı üçün 2002-ci il sentyabrın 30-da
“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qəbul etmişdi.
1999-cu
ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın
21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Lamiyə Cənnətzadə