Suriya Ordusuna bağlı bölmələr paytaxt Şamda yerləşən Naməlum Əsgər Abidəsi önündə iftar vaxtı Ramazan topunu atıb.
Xəbərin.az məlumat verir ki, tədbir Suriyada ənənəvi Ramazan adətlərindən birini yenidən yaşatmaq məqsədilə təşkil olunub və Suriya Müdafiə Nazirliyinin hərbçilərinin iştirakı ilə keçirilib.
Ramazan ayının rəmzlərindən sayılan top atəşi bir çox ərəb və islam ölkələrində geniş yayılmış ənənədir.
Qeyd edək ki, Suriyada Ramazan topu 2011-ci ildə başlayan vətəndaş müharibəsi səbəbindən, eləcə də silah istifadəsinə tətbiq olunan məhdudiyyətlərə görə təxminən 14 il ərzində atılmırdı. Münaqişə dövrü ölkəyə rəhbərlik edən Bəşşar Əsəd hakimiyyəti illərinə təsadüf edir.