Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

20 Fevral 2026, 23:42 İdman 13 baxış
Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Xəbərin.az xəbər verir ki, bu, "Gəncə" və "Şəki" arasında keçirilən yarımfinal oyunundan sonra bəlli olub.

Bakı İdman Sarayında təşkil olunan matçda rəqibini 97:71 hesabı ilə məğlub edən Gəncə kollektivi adını finala yazdırıb.

Qərb təmsilçisinin həlledici raunddakı rəqibi "Ordu"nu 83:66 hesabı ilə üstələyən "Sabah" kollektivi olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı fevralın 22-də, saat 17:00-da başlayacaq.