Norveç yığması bir Qış Olimpiya Oyunlarında qazanılan qızıl medalların sayına görə öz rekordunu yeniləyib.
Xəbərin.az bu barədə RBC-ya istinadən xəbər verir.
Fevralın 20-də bioatlonçu Yohannes Dale 15 km məsafəyə kütləvi yarışda qalib gələrək yığmaya 2026-cı il Oyunlarında 17-ci qızıl medalı qazandırıb.
Beləliklə, Norveç bir Qış Olimpiadasında qazanılan qızıl mükafatların sayına görə özünə aid dünya rekordunu təzələyib. 2022-ci ildə Pekində norveçlilər 16 qızıl medal qazanmışdılar ki, bu da həmin vaxt tarix boyu ən yaxşı nəticə idi.