İsrailin Qəzzada 2025-ci ilin oktyabrında qüvvəyə minmiş atəşkəsi pozduğu bildirilir.
Xəbərin.az xəbər verir ki, pozuntular Ramazan ayında da davam edir.
Şahidlərin sözlərinə görə, İsrail hərbi təyyarələri Qəzza şəhərinin şərqində yerləşən Şucaiyyə və Tuffah məhəllələrinin şərq hissəsinə iki hava zərbəsi endirib.
Bundan əlavə, şəhərin cənub-şərqindəki Zeytun məhəlləsində İsrail hərbi texnikasından mülki evlərə və məcburi köçkünlərin çadırlarına intensiv atəş açılıb, ərazi vaxtaşırı artilleriya atəşinə tutulub.
İsrail ordusunun Qəzza zolağının mərkəzində yerləşən Bureyc Qaçqın Düşərgəsinin şərqindəki bina və obyektləri partladaraq dağıtdığı da bildirilir. Həmçinin Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin şərq hissələrində də intensiv atəş açıldığı qeyd olunur.