Xəbərin.az xəbər verir ki, "Qalatasaray"ın hücumçusu Viktor Osimhen Türkiyə Super Liqasında "Konyaspor" ilə keçiriləcək oyunda iştirak etməyəcək.
Məlumata görə, nigeriyalı forvardın zədə səbəbindən matçın iştirak ərizəsinə daxil edilmədiyi bildirilir. Klubun tibbi heyəti futbolçunun vəziyyətini nəzarətdə saxlayır və onun bərpa prosesinin davam etdiyi qeyd olunur.
Beləliklə, İstanbul təmsilçisi vacib qarşılaşmada hücum xəttində əsas oyunçularından birindən məhrum olacaq.
Xatırladaq ki, tərəflər arasındakı görüş 21 fevral saat 21:00-da baş tutacaq.