Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Macarıstan Aİ-nin Ukraynaya 90 milyard avro kredit ayırmaq qərarını bloklayıb

20 Fevral 2026, 22:41 Dünya 11 baxış
Macarıstan Aİ-nin Ukraynaya 90 milyard avro kredit ayırmaq qərarını bloklayıb

Macarıstan Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmaq qərarını bloklayıb.

X
əbərin.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, fevralın 20-də Macarıstanın Aİ yanında daimi nümayəndəsi vəsaitin ayrılmasına etiraz edib.

Qeyd olunur ki, belə qərarın qəbul edilməsi üçün Aİ-yə üzv olan bütün 27 ölkənin yekdil dəstəyi tələb olunur.

Nəşr vurğulayır ki, sözügedən vəsait ayrılmadığı təqdirdə, Ukraynanı artıq bu ilin ikinci rübündə maliyyə çətinlikləri gözləyə bilər.