Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Tramp bununla Rusiya mafiyasının zəif olduğunu göstərəcək

20 Fevral 2026, 22:22 Dünya 12 baxış
Tramp bununla Rusiya mafiyasının zəif olduğunu göstərəcək

Əgər ABŞ İranla qarşıdurmaya yönəlsə, bu, dünyanın diqqətini Ukraynadan yayındıracaq.

Xəbərin.az xəbər verir ki, bu fikri amerikalı siyasətçi Yuri Raşkin bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Putinə qonşu mafiya kimi baxır və guya ərazilərin bölüşdürülməsi ilə məşğuldurlar:

“Onlar düşünürlər ki, burada əsas söz sahibidirlər və bütün bunları özləri həll edə bilərlər”.

O əlavə edib ki, diqqət İrana yönəlsə, bu, İranı qorumağa qadir olmayan Rusiya mafiyasının nə qədər zəif olduğunu göstərəcək.