Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib

20 Fevral 2026, 21:51 Hadisə 11 baxış
Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Xəbərin.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının səbəbi hələlik məlum deyil.

Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.