Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Almaniya növbəti dəfə vətəndaşlarını İranı tərk etməyə çağırıb

20 Fevral 2026, 21:43 Dünya 9 baxış
Almaniya növbəti dəfə vətəndaşlarını İranı tərk etməyə çağırıb

Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ın mümkün hərbi zərbəsi təhlükəsi ilə əlaqədar vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Xəbərin.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü jurnalistlərə bildirib

"Məhdud sayda olsa da, hazırda kommersiya reysləri mövcuddur, İranla qonşu ölkələr arasında hava əlaqəsi davam edir", - qurum rəsmisi vurğulayıb. 

Onun sözlərinə görə, ölkədən quru yolu ilə də çıxış mümkündür.

Sözçü deyib ki, vəziyyətin kəskinləşəcəyi təqdirdə konsulluq yardımı göstərmək faktiki olaraq mümkün olmayacaq.