Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Tramp: HAMAS-ın silahsızlaşdırılması üçün əməliyyata ehtiyac olmayacaq

19 Fevral 2026, 22:51 Dünya 16 baxış
Tramp: HAMAS-ın silahsızlaşdırılması üçün əməliyyata ehtiyac olmayacaq

ABŞ Prezidenti Donald Tramp HAMAS-ın silahsızlaşdırılması üçün hərbi əməliyyatın lazım olmayacağına ümid etdiyini, hərəkatın öz arsenalından xilas olmağı öz öhdəsinə götürdüyünü deyib.

Xəbərin.az xəbər verir ki, Tramp bu barədə Tramp Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclasında bildirib.

" Biz istəyirik ki, Qəzza sektoru onun bütün ərazisində lazımi şəkildə idarə olunsun. HAMAS-la məsələni həll etmək üçün ora daxil olmaq istəyən iki ölkə var. Mən dedim ki, açığı, bunun lazım olduğunu düşünmürəm. Ümid edirəm ki, buna ehtiyac olmayacaq. Çünki onlar söz veriblər və silahlarından imtina edəcəklərini mənə vəd ediblər. Görünür, bunu etməyə hazırlaşırlar. Amma bunu hələ dəqiqləşdirməliyik", - Tramp deyib.