Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Şəkidə dağlıq ərazidə yanğın başlayıb

19 Fevral 2026, 21:35 Hadisə 11 baxış
Şəkidə dağlıq ərazidə yanğın başlayıb

Şəkidə dağlıq ərazidə yanğın başlayıb.

Xəbərin.az APA-nın Şimal-qərb bürosuna istinadən xəbər verir ki, axşam saat 18 radələrində Şəki rayonu Qozlubulaq kəndinin inzibati ərazisinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. 

Əldə edilən məlumata əsasən yanğın 10 hektardan çox ərazini əhatə edir. Ərazidə quru ot, kol-kos, xəzəl və xırda ağaclar yanır. 

Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. 

Yanğın dağlıq ərazidə olduğu üçün texnikadan istifadə etmək mümkün deyil. Buna görə də yanğını söndürmək üçün canlı qüvvədən istifadə olunur. 

Hazırda yanğının baş verdiyi ərazidə havanın küləkli olduğu bildirilir. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.