Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Cenevrədə Ukrayna tərəfi ilə iki saatlıq qapalı danışıqlar aparıb.
Xəbərin.az xəbər verir ki, bu barədə Vladimir Medinskinin özü məlumat verib.
Medinski üçtərəfli görüşdən sonra Ukrayna tərəfi ilə görüş keçirdiyini bildirib.
Qeyd edək ki, üçtərəfli danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçirilib.