Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

İsrailin xüsusi təyinatlıları Suriyaya daxil oldu

18 Fevral 2026, 21:48 Dünya 8 baxış
İsrailin xüsusi təyinatlıları Suriyaya daxil oldu

İsrailin xüsusi təyinatlıları Suriyanın Dera bölgəsində iki yaşayış məntəqəsində əməliyyat keçirib.

Xəbərin.az xəbər verir ki, bu barədə "Əl Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, xüsusi təyinatlılar 7 zirehli avtomobildə Masartiya qəsəbəsinə daxil olublar. Burada sakinlərin evlərində axtarış aparılıb və radikal qruplaşma üzvləri olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Digər əməliyyat Saysun yaşayış məntəqəsində aparılıb.