Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Merz nöqtəni qoydu: Almaniyanın nüvə silahı olacaqmı?

18 Fevral 2026, 21:34 Dünya 7 baxış
Merz nöqtəni qoydu: Almaniyanın nüvə silahı olacaqmı?

Mən Almaniyanın öz nüvə silahına sahib olması məsələsini hətta nəzərdən keçirməsini belə istəmirəm

Xəbərin.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.

O, 1970-ci il tarixli Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT), həmçinin 1990-cı ildə Almaniyanın birləşməsi ilə bağlı imzalanmış “2+4” müqaviləsinə istinad edib.

Merz xatırladıb ki, hazırda Almaniyanın qərbində ABŞ-ın nüvə silahlarını daşımaq imkanına malik Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Tornado” qırıcıları yerləşir.

“Teorik olaraq bu mexanizmi Böyük Britaniya və Fransanın nüvə silahlarına da şamil etmək mümkün olardı”, – deyə Merz bildirib.

Qeyd edək ki, bəzi mətbuat orqanlarının məlumatına görə, Almaniyanın qərbində onlarla ABŞ nüvə bombası yerləşdirilib. “Die Zeit” qəzetinin yazdığına görə, ümumilikdə Avropada təxminən 100 belə bomba mövcuddur.