Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Uçarda güclü yanğın 11 kəndi qazsız qoydu

18 Fevral 2026, 21:12 Hadisə 12 baxış
Uçarda güclü yanğın 11 kəndi qazsız qoydu

Ucarda baş verən yanğın qazın təchizatında fasilə yaradıb. 

Xəbərin.az APA-ya istinadən xəbər veri rki, yanğın səbəbindən 11 kənddə qaz təchizatında fasilə yaranıb.

Ucar Xidmət Sahəsi üzrə rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyni, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini qazla təmin edən xəttin Qulabənd kəndi ərazisində qamışlıq sahədən keçən hissəsi naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib.

Bununla əlaqədar həmin qaz xətti üzrə təbii qazın verilişi dayandırılıb. Nəticədə 3049 abonentin qaz təminatında fasilə yaranıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır.