Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Xocalıda minaya düşən ANAMA-nın əməkdaşının vəziyyəti açıqlanıb

18 Fevral 2026, 17:40 Ölkə 9 baxış
Xocalıda minaya düşən ANAMA-nın əməkdaşının vəziyyəti açıqlanıb

Bu gün saat 10:30 radələrində Xocalı rayonunun Muxtar kəndi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə AZƏRTAC-a istinadən Xəbərin.az məlumat verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, pasiyent ixtisaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.