“Futbolçularım çox böyük əziyyət çəkdi. Qarşılaşmanı sona qədər
istəkli şəkildə davam etdirdik".
Xəbərin.az xəbər verir ki, bu
sözləri "Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar
Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində İstanbulda
"Yuventus"a 5:2 hesabı ilə qalib gəldikləri gorüşdən sonra mətbuat
konfrnasında deyib.
O, böyükhesablı qələbəni belə şərh edib:
"Hesabın bizə yetərli olması psixologiyasına qapılmadıq. Ən çox istədiyim
də bu idi. İnanılmaz dərəcədə xoşbəxtik. Amma ayaqlarımız yerə möhkəm
basmalıdır. Vacib qələbə qazandıq, böyük əmək sərf olundu. Azarkeşlərimiz də
möhtəşəm dəstək verdi. Bu işi cavab oyununda da eyni şəkildə davam
etdirməliyik. Əsl sevinci mərhələni keçəndən sonra yaşamalıyıq”.
Baş məşqçi
ilk hissədə buraxılan qollara baxmayaraq, komandasının oyunundan razı qaldığını
da vurğulayıb: “Fasilədə futbolçuları təbrik etdim. Daha dominant tərəf biz
idik, sadəcə iki uğursuz qol buraxdıq. Komanda sona qədər mübarizə apardı. 5
qol vurduqdan sonra belə arxayınlaşmadıq”.
O.Buruk qeyd
edib ki, hazırda onun komandanı çalışdırıdğı dövrün ən yaxşı heyətinə
malikdirlər: "Yaxşı transfer dövrü keçirdik. Bundan məmnunam; ehtiyat
oyunçularının sayının artdığı, rəqabətin gücləndiyi və zədəli oyunçuların geri
qayıtdığı bir dövrü yaşayırıq. Ən yaxşı heyət dövrümüzdəyik".
O.Buruk, 1993-cü ildən bəri keçirilən UEFA Çempionlar Liqasında komandasının ilk dəfə 5 qol vurduğunu, "Yuventus"un isə ilk dəfə 5 qol buraxdığını xatırladaraq deyib: "Bu nəticə bizim üçün önəmlidir. Çox xoşbəxtik, amma ikinci oyun oynanmadan heç nə bitmir. Bunun sevincini yaşayacağıq. Rəqibimizin nə qədər yaxşı bir komanda olduğunu və bizi nə qədər çətinliyə salacağını bilirəm".