Avropa İttifaqı (Aİ) Şurası Satu Koyvunu Ermənistanda fəaliyyət göstərən Aİ-nin mülki müşahidə missiyasının (EUMA) yeni rəhbəri təyin edib.
Xəbərin.az bu barədə Aİ Şurasının saytına istinadən xəbər verir.
O, fevralın 20-dən vəzifəsinin icrasına başlayacaq və bu postda Markus Ritteri əvəz edəcək.
Satu Koyvu milli və beynəlxalq səviyyədə 35 ildən çox iş təcrübəsinə malik yüksəkrütbəli fin polis zabitidir.
O, EUMA missiyasının rəhbəri təyin olunmazdan əvvəl Espoo şəhərində Finlandiya Milli Polis İdarəsində kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, EUMA 2023-cü il fevralın 20-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində ikiillik mandatla fəaliyyətə başlayıb. Aİ Şurası 30 yanvar 2025-ci ildə Ermənistandakı müşahidəçi mandatının müddətinin iki il - 19 fevral 2027-ci ilədək uzadılmasına qərar verib.