Antalyanın Konyaaltı rayonunda 26 yaşlı İlhan Çobanoğlu yaşadığı evdə bıçaqlı hücum nəticəsində həyatını itirib.
Xəbərin.az məlumat verir ki, hadisə Toros məhəlləsində, 4 mərtəbəli binanın 3-cü qatındakı mənzildə baş verib. Ondan uzun müddət xəbər ala bilməyən dostları polisə məlumat verib. Mənzilə daxil olan hüquq-mühafizə orqanları gənci çoxsaylı bıçaq xəsarətləri ilə ölü halda tapıb.
Antalya Emniyet Müdürlüğünün Cinayət Büro əməkdaşları apardıqları isti təqib nəticəsində şübhəli hadisədən təxminən 2 saat sonra Aksu rayonunda saxlayıb. Məlumata görə, tərəflər internet üzərindən tanış olub və evdə naməlum səbəbdən mübahisə yaşanıb.