UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Qalatasaray doğma meydanda Yuventusu 5:2 hesabı ilə məğlub edib.
Xəbərin.az xəbər verir ki, İstanbul təmsilçisinin qollarını Qabriel Sara (15), Noa Lanq (49, 74), Davinson Sançes (60) və Saşa Boi (86) vurub. Turin klubunun heyətində isə Teun Koopmeyners 16-cı və 32-ci dəqiqələrdə fərqlənib.
Bu nəticə ilə “Qalatasaray” cavab oyunu öncəsi ciddi üstünlük qazanıb.