Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

NZS qəsəbəsində fevralın 20-dək su olmayacaq

17 Fevral 2026, 23:06 Ölkə 10 baxış
NZS qəsəbəsində fevralın 20-dək su olmayacaq

Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında üzərində fərdi yaşayış evi inşa olunduğuna görə diametri 500 mm olan magistral su xəttində qəza baş verib.

Xəbərin.az xəbər verir ki, qəzanın qarşısını almaq və yeni xəttin çəkilməsini təmin etmək məqsədilə görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

Qeyd olunub ki, bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.