Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Antoni Elanqa: “Qarabağ” qeyri-adi komandadır”

17 Fevral 2026, 21:37 İdman 11 baxış
Antoni Elanqa: “Qarabağ” qeyri-adi komandadır”

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" "Nyukasl"ı qəbul edəcək.

Xəbərin.az xəbər verir ki, oyundan öncə qonaqların futbolçusu Antoni Elanqa mətbuat konfransında iştirak edib.

"Qarabağ" qeyri-adi komandadır, güclü kollektivi var. Bizim də komandamız güclüdür. Komanda şəklində oynayırıq. Gələcəyə pozitiv baxırıq. Sabahkı oyuna fokuslanmışıq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. "Qarabağ"ın da ambisiyaları böyükdür. Çalışacağıq, bu səddi aşaq və bacardığımız qədər irəli gedək. "Qarabağ"ın "24-lük"də olması məni təəccübləndirmədi. Onların potensialını bilirik. "Kopenhagen" və "Çelsi" ilə matçları diqqətimizi çəkdi. Bilirik ki, asan olmayacaq. Çempionlar Liqasında asan rəqib yoxdur".