Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

KİV: ABŞ iki həftə ərzində İranın qalan məsələlərlə bağlı təkliflərini gözləyir

17 Fevral 2026, 21:15 Dünya 9 baxış
KİV: ABŞ iki həftə ərzində İranın qalan məsələlərlə bağlı təkliflərini gözləyir

ABŞ administrasiyası Cenevrədə İranla nüvə dosyesi üzrə dolayı danışıqların ikinci raundunu məhsuldar hesab edir və Tehranın iki həftə ərzində qalan məsələlərin həlli üçün təkliflər təqdim etməsini gözləyir. 

Xəbərin.az xəbər verir ki, bu barədə “X” hesabında “Axios” portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid məlumat verib.

"İranla danışıqlarda irəliləyiş əldə edilib. Lakin bir çox detallar hələ də müzakirə olunmalıdır. İranlılar iki həftə ərzində bəzi həll olunmamış məsələlərin həlli üçün ətraflı təkliflər təqdim edəcəklərini bildiriblər", - o, bildirib.