Tramp administrasiyası hələ də İrana qarşı mümkün tədbirləri, o cümlədən, rejimin devrilməsi variantını müzakirə edir.
Xəbərin.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“ABŞ kəşfiyyatına görə, rejim devrilərsə, hakimiyyəti kimin ələ keçirəcəyi bəlli deyil, lakin qısa müddətdə bunların İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri olacağı gözlənilir. Dövlət katibi Marko Rubio bu narahatlığı ötən ay Konqresin qapalı iclasında dilə gətirib.
Administrasiya mənbələri Tehranda rejimin devrilməsi ehtimalına şübhə ilə yanaşır və Trampın bir neçə həftə əvvəl bu fürsəti əldən verib-vermədiyini düşünürlər”, - məlumatda bildirilib.