Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Şagirdinin güllələdiyi müəllim evə buraxılıb

17 Fevral 2026, 12:49 Hadisə 11 baxış
Şagirdinin güllələdiyi müəllim evə buraxılıb

"İdrak" liseyində fevralın 6-da şagirdin yaraladığı müəllim evə buraxılıb.

Xəbərin.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə KTM-ə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü qadın dünən ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.

Xatırladaq ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliminə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.