Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Tanınmış amerikalı aktyor və rejissor Robert Dyuval vəfat edib

16 Fevral 2026, 22:36 Dünya 14 baxış
Tanınmış amerikalı aktyor və rejissor Robert Dyuval vəfat edib

Tanınmış amerikalı aktyor və rejissor Robert Dyuval 95 yaşında vəfat edib.

Xəbərin.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı açıqlama verib. 

95 yaşlı aktyor "Xaç atası", "Bülbülü öldürmək", "Apokalipsis indi" və "Uorren bulvarı" filmlərindəki rolları ilə tanınır. Onun 100-dən çox filmdə rol aldığı bildirilir. 

Dyuval 1984-cü ildə "Tender Mercies" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında Oskar mükafatı qazanıb. O, həmçinin BAFTA mükafatı və dörd "Qızıl Qlobus" mükafatı alıb.