Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Sabah Naxçıvanın bu bölgələrində işıq olmayacaq

16 Fevral 2026, 21:48 Ölkə 11 baxış
Sabah Naxçıvanın bu bölgələrində işıq olmayacaq

Sabah Naxçıvan şəhərində Azərişıq ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Xəbərin.az xəbər verir ki, bu səbəbdən 35/10 kV-luq “Xətai” yarımstansiyasından qidalanan “Xəstəxana–Asfaltzavod” 10 kV-luq hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən dövrədən açılacaq. 

Bununla bağlı da şəhərin 48, 49 və 52-ci məhəllələrdə saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq. (Azərtac)