Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

46 yaşlı kişi işlədiyi yerdə ürəktutmasından öldü

16 Fevral 2026, 21:26 Hadisə 12 baxış
46 yaşlı kişi işlədiyi yerdə ürəktutmasından öldü

Samuxda şirkətlərin birində çalışan şəxs ürəktutmadan dünyasını dəyişib. 

Xəbərin.az xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən şirkətlərin birində baş verib.

Belə ki, Tərtər Rayon sakini olan X. Hüseynovun işlədiyi şirkətdə halı pisləşib. Müayinə zamanı 46 yaşlı kişinin öldüyü məlum ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Məlumata görə 46 yaşlı kişi ürəktutmadan dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Meyit müayinə olunduqdan sonra ailəsinə verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.