Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət (VİDEO)

15 Fevral 2026, 23:20 Ölkə 21 baxış
Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət (VİDEO)

"İki dost dövlət olan Serbiya və Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istiqamətində qətiyyətli mövqe nümayiş etdirir və ölkələrimiz arasındakı münasibətləri olduqca parlaq bir gələcək gözləyir".

Xəbərin.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç özünün "X" sosial şəbəkə hesabında yazıb.

A.Vuçiç eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev barəsində fikirlərini də bölüşüb.

"Hər zaman öz dəyərli bilik və təcrübəsini mənimlə bölüşdüyü üçün təcrübəli dövlət xadimi, əsl xalq lideri olan Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm", - o yazıb.