Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

ABŞ Hind okeanında daha bir tankeri ələ keçirib

15 Fevral 2026, 23:18 Dünya 17 baxış
ABŞ Hind okeanında daha bir tankeri ələ keçirib

ABŞ Hind okeanında Karib hövzəsindən gələn daha bir tankeri ələ keçirib.

"Xəbərin.az xəbər verir ki, bu barədə Pentaqonun "X" sosial şəbəkəsində yayılmış bəyanatında deyilir.

Qeyd olunur ki, Amerika hərbçiləri ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında "Veronica III" gəmisini heç bir insident olmadan yoxlamaq, tutmaq və gəmiyə enmək üçün əməliyyat keçiriblər.

Pentaqon ABŞ Silahlı Qüvvələrinin tankeri Karib dənizindən Hind okeanına gedərkən təqib etdiyini açıqlayıb.

Bəyanatda ələ keçirilən gəmi ilə bağlı heç bir məlumat verilmir.