Serbiyanın paytaxtı Belqraddakı binalardan biri Azərbaycan və Serbiya bayraqlarının rəngləri ilə işıqlandırılıb.
Xəbərin.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bu gecə Belqrad!!!”, - deyə yazaraq “X” hesabında paylaşım edib.