Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Professor xəbərdarlıq etdi: Dəhşətli təhlükə yaxınlaşır

15 Fevral 2026, 22:39 Gündəm 19 baxış
Professor xəbərdarlıq etdi: Dəhşətli təhlükə yaxınlaşır

Xəbərin.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib:

"Azərbaycan rəsmiləri artıq bir ilə yaxındır ki, (bəlkə daha çox) ölkəmizdə data mərkəzlərinin qurulması haqqında ABŞ şirkətləri ilə danışıqlar aparır. Səbəb suni intellektin getdikcə ölkələrin milli təhlükəsizliyinə təhlükə yaratmalarıdır. Kiber təhlükələr özünə Sİ daxil etdikdə daha da dağıdıcı və qarşısıalınmaz ola bilər".

O bildirib ki, data mərkəzlərinin qurulması suni intellekt mərkəzlərinin qurulmasına yönəlir və bunun üçün texnologiya transferi zəruridir:

“Lakin bizi, yəni insanlığı gözləyən sürprizlər bu deyil. Bunlardan daha təhlükəlisi suni intellektin hərbi sənayedə tətbiq olunmasıdır. Artıq insansız ölüm vasitələrinin kütləvi istehsalı mümkündür. Bunu qismən Ukrayna müharibəsində görürük, amma daha da artacaq”.