Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Nyukasl"ın kapitanı "Qarabağ"a qarşı oynaya bilməyəcək

15 Fevral 2026, 22:06 İdman 17 baxış
"Nyukasl"ın kapitanı "Qarabağ"a qarşı oynaya bilməyəcək

"Nyukasl"ın kapitanı Bruno Gimaraynş UEFA Çempionlar Liqasının pley-off görüşlərində "Qarabağ"a qarşı oynaya bilməyəcək.

Xəbərin.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatına açıqlamasında klubun baş məşqçisi Eddi Hou deyib.

Braziliyalı yarımmüdafiəçi təxminən iki ay yaşıl meydanlardan kənar qalacaq.

28 yaşlı futbolçunun bud əzələsindən ciddi zədə alıb.

Xatırladaq ki, Azərbaycan çempionunun "sağsağanlar"la duelləri fevralın 18-də və 24-də baş tutacaq.