İranın devrilmiş son şahı Məhəmməd Rza Pəhləvinin sürgündə yaşayan oğlu Rza Pəhləvi, ABŞ'ın İrana hərbi müdaxiləsinin “həyat xilas edə biləcəyini” bildirib.
Rza Pəhləvi verdiyi açıqlamada Donald Tramp administrasiyasına müraciət edərək, Tehranla aparılan nüvə danışıqlarında vaxt itirilməməli olduğunu vurğulayıb. O qeyd edib ki, İran xalqı ABŞ-dan real addımlar gözləyir.
Pəhləvi açıqlamasında ABŞ prezidentinə birbaşa səslənərək deyib:
“Prezident Trampa müraciət edirəm; İran xalqı yardımın yolda olduğunu söylədiyinizi eşitdi və sizə güvənir. Onlara yardım edin.”
Rza Pəhləvi daha sərt ifadələrlə çıxış edərək bildirib ki, mövcud rejimlə bağlı artıq geri dönüş yoxdur:
“İslam Respublikasını bitirməyin vaxtı çatıb. Bu, rejimi düzəltməyimizi deyil, onu dəfn etməyə kömək etməyimizi istəyən vətəndaşlarımın axıdılan qanından yüksələn çağırışdır.”
Bu açıqlamalar fonunda Rza Pəhləvinin mövqeyi beynəlxalq ictimaiyyətdə və İranla bağlı siyasi müzakirələrdə diqqət mərkəzinə çevrilib.