Trendyol Superliqasının 22-ci turunda Trabzonspor'u səfərdə 3:2 hesabı ilə məğlub edən Fənərbağçada gecənin əsas qəhrəmanı Marko Asensio olub.
Xəbərin.az məlumat verir ki, "sarı-lacivərtlilər" Trabzon səfərində cəmi 3 dəqiq zərbə ilə 3 qol vuraraq yüksək effektivlik nümayiş etdiriblər. Qarşılaşmada fərqlənən Asensio bu nəticə ilə şəxsi karyerasında da mühüm göstəriciyə imza atıb.
29 yaşlı futbolçu Fənərbağça forması ilə bütün turnirlərdə keçirdiyi 29 oyunda 12 qol və 9 assistlə ümumilikdə 21 qol töhfəsinə çataraq karyera rekordunu yeniləyib.
Asensio bununla da 2022–2023 mövsümündə Real Madrid forması ilə 51 oyunda əldə etdiyi ən yaxşı göstəricisini geridə qoyub.