Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Türkiyə Superliqası: Fənərbağça Trabzonsporu 3:2 hesabı ilə məğlub etdi

14 Fevral 2026, 23:16 İdman 15 baxış
Türkiyə Superliqası: Fənərbağça Trabzonsporu 3:2 hesabı ilə məğlub etdi

Türkiyə Superliqasının mərkəzi qarşılaşmalarından birində Trabzonspor doğma meydanda Fənərbağça'nı qəbul edib. Gərgin və bol qollu keçən görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbərin.az xəbər verir ki, oyunda hesab 6-cı dəqiqədə Ernest Muçinin qolu ilə açılıb və Trabzonspor erkən üstünlük əldə edib. Fənərbağça bu qola 15-ci dəqiqədə Anderson Talişka ilə cavab verərək tarazlığı bərpa edib.

34-cü dəqiqədə Kərəm Aktürkoğlunun qolu ilə hesab yenidən dəyişib. İlk hissənin sonlarına yaxın, 43-cü dəqiqədə Pol Onuaçu fərqlənərək Trabzonsporun ikinci qolunu vurub.

İkinci hissəyə sürətli başlayan "sarı-lacivərtlilər" 48-ci dəqiqədə Marko Asensionun qolu ilə hesabı öz xeyrinə çevirib. Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və İstanbul təmsilçisi Trabzondan 3 xalla ayrılıb.

Bu nəticə ilə Fənərbağça xallarının sayını 52'ə çatdıraraq ikinci pillədəki mövqeyini möhkəmləndirib.